• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

UEFA Super Kuboku matçı üçün biletlərin satışa çıxarılacağı tarix və yer açıqlandı

UEFA Super Kuboku matçı üçün biletlərin satışa çıxarılacağı tarix və yer açıqlandı
08.07.2015 11:48
İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçiriləcək UEFA Super Kuboku matçının biletləri iyulun 12-dən Tbilisidəki Mixail Mesxi adına stadionun kassalarında satışa çıxarılacaq. 

"Report"un məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava açıqlama verib.

O bildirib ki, bir neçə həftə öncə biletlərin internet vasitəsilə satışı zamanı problem yarandıqda GFF bütün öhdəlikləri - biletlərin hazırlanması, satışı və digər işləri öz üzərinə götürüb: "Biz azarkeşlərə vəd etmişdik ki, satışın başlamasına bir neçə gün qalmış biletlərin alınma vaxtı və yeri barədə mütləq məlumat verəcəyik. Son bir həftədə Daxili İşlər Nazirliyi və Tbilisi meriyası ilə UEFA-nın bütün tələblərini müzakirə etmişik. İndi bəyan edə bilərəm ki, biletlər 12 iyul saat 9:00-dan Mixail Mesxi adına stadionun kassalarında satılmağa başlayacaq".

Z.Siçinavanın sözlərinə görə, məhz bazar günü bütün azarkeşlərin bilet almaq üçün bərabər şanslar əldə etməsindən ötrü seçilib. Habelə, qərara alınıb ki, azarkeşlər stadion kassaları qarşısında yox, yaxınlıqdakı Vake parkında yığışsınlar. Oradan isə insanlar 50 nəfərlik qruplarla xüsusi hazırlanmış yolla stadiona istiqamətlənəcəklər. Növbədə gözləyənlərə havayı su veriləcək, biotualetlər quraşdırılacaq. Asayişi təhlükəsizlik və patrul xidməti əməkdaşları qoruyacaqlar. Hazırda Mixail Mesxi adına stadionda müvəqqəti kassaların quraşdırılması prosesi gedir. Biletlərin çapı isə yaxın günlərdə yekunlaşacaq. Gürcüstanlı azarkeşlər üçün ümumilikdə 22 min biletin satışı nəzərdə tutulub. Biletlərə 18 lari, 35 lari və 75 lari qiymət qoyulub.

Qeyd edək ki, avqustun 11-də Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol