• $
  • £

Qurban Qurbanov: “Rudar” komandası ilə oyun bizim üçün çox vacibdir

Qurban Qurbanov: “Rudar” komandası ilə oyun bizim üçün çox vacibdir
29.05.2020 06:54
"Rudar" komandası ilə oyun bizim üçün çox vacibdir. Ona görə də komandanı ən yüksək səviyyədə hazırlamağa çalışdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində Monteneqronun "Rudar” komandasını qəbul edəcək "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Rudar”ın oyununu təhlil etdiklərini vurğulayan baş məşqçi bildirib ki, rəqib komandada heyət dəyişib və güclənib. Rəqibin oyun üslubu bizə problem yarada bilər. Bu komandanı yalnız ilk oyundan sonra tam yaxşı tanıyacağıq. İkinci oyunda isə işimiz bir qədər yüngül olacaq. Buna görə də ilk oyunda mümkün qədər az səhvə yol verməliyik.

Hücumçu probleminin gec həll olunmasının planlara təsir göstərməyəcəyini bildirən Qurban Qurbanov yaxşı futbolçu tapmağın çətinliyini vurğulayıb. Qeyd edib ki, Türkiyədə legionerlərə qoyulan hədd aradan götürülüb. Bu səbəbdən bizə həm az legioner təklif olundu, həm də azad agent statusu daşıyanlar çox azdır. Əsas odur ki, transfer etdiyimiz Raydel Pupon komandamıza uyğun gəlsin.

Rəqibin Reynaldodan ehtiyatlandığını və bunun normal olduğunu deyən baş məşqçi bildirib ki, digər futbolçularımız da oyun keyfiyyətlərini yaxşılaşdırmağa cəhd etməlidirlar. Futbolçu bunu özü də başa düşməlidir.

"Rudar” – "Qarabağ” görüşünü rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək. Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu və George Katalin Qaman kömək edəcəklər. Oyunun hakim-inspektoru Volodimir Petrov (Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekov (Bolqarıstan) olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol