• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

SOCAR: Azərbaycan Supsa limanına nefti alternativ yollarla çatdıra bilər

SOCAR: Azərbaycan Supsa limanına nefti alternativ yollarla çatdıra bilər
15.07.2015 17:11
"Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq”.

"APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E. Nəsirovun sözlərinə görə, Azərbaycanın "qara qızıl”ı Supsa limanına alternativ yollarla çatdırmaq imkanı var: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Çünki, 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən, hansısa problem yaransa belə, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ölkəsinin İctimai televiziyasının efirində bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət alternativ layihəni işə salacaq: "Söhbət 1500-1600 metrlik yeni bir hissənin inşasından gedir”.
 
Qonşu ölkənin mətbuatında yayılan xəbərlərə əsasən, Tsxinvali regionunda (Cənubi Osetiya) Rusiya hərbçiləri bir neçə gün öncə tikanlı məftillərdən ibarət sərhəd xəttini bir neçə yüz metr Gürcüstanın daxilinə sürüşdürdükdən sonra BP şirkətinin operatoru olduğu Bakı-Supsa kəmərinin bir hissəsi faktiki separatçıların nəzarəti altına düşüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol