• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Məlikov: "Müalicə olunuram"

Arif Məlikov:
29.05.2020 02:18
Azərbaycan və SSRİ-nin xalq artisti, əməkdar incəsənət xadimi, dünya şöhrətli bəstəkar Arif Məlikov Bakı yaxınlığındakı bağında dincəlir.

Bu barədə "Report"a  A.Məlikov özü məlumat verib.

Bakıya sentyabrdan tez gəlməyəcəyini deyən bəstəkar yeni konsert proqramına hazırlaşır: "Hazırda bağdayam. Dincəlirəm, həm də müalicə alıram. Sentyabr ayında yeni güc, yeni həvəslə işə başlamaq istəyirəm. Sentyabrın 13-ü doğum günümdür. Ötən il bu münasibətlə filarmoniyada konsertim oldu. Bu il nə olacağını bilmirəm. Amma maraqlı konsert proqramını yenidən tamaşaçılara təqdim etmək yaxşı olardı".

A.Məlikov 82 yaşı olmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini deyib.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol