• $
  • £

ABŞ səfiri: “Rəsmi Vaşinqton Azərbaycana köməyini davam etdirəcək”

ABŞ səfiri: “Rəsmi Vaşinqton Azərbaycana köməyini davam etdirəcək”
29.05.2020 07:03
Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Natiq Əliyev "Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Bu layihə üzrə Məşvərət Şurasının fevralın 12-də Bakıda keçirilmiş iclasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmin toplantının layihənin siyasi səviyyədə müzakirəyə çıxarılmasına, bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb. Energetika nazirinin sözlərinə görə, Azərbaycan enerji layihələri ilə əlaqədar üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ölkəmizin bu sahədə möhkəm hüquqi bazaya, güclü tərəfdaşlara və imkanlara malik olması buna şərait yaradır. Natiq Əliyev TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: "BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. Cənub Qaz Dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir.”

ABŞ-ın ölkəmizdəki səfiri isə bildirib ki, rəsmi Vaşinqton qazın hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam etdirəcək. Görüşdə Yunanıstanda cərəyan edən hadisələrin enerji layihələri və dünya bazarında neftin qiymətinə təsiri, Transxəzər qaz kəməri və "Türk axını” layihələri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol