“REAL” Hərəkatı partiyaya çevrildi

18:05 | 24.01.2014
“REAL” Hərəkatı partiyaya çevrildi

“REAL” Hərəkatı partiyaya çevrildi

Respublikaçı Alternativ Hərəkatı (REAL) partiya kimi fəaliyyət göstərmək barədə qərar qəbul edib. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli hərəkatın gələcək planları barədə məlumat verib: “Biz əvvəllər də bəyan etmişdik ki, hərəkat prezident seçkilərindən sonra partiyaya çevriləcək. Partiyanın təsis konfransı gələn ilə təsadüf edəcək. Biz parlament tipli partiya qurmaq niyyətindəyik. Partiyamızın yerli təşkilatları dairələrə uyğun formalaşdırılacaq və sırf seçkilərə hesablanmış bir struktur olacaq. Partiyanın ali orqanı qurultay olacaq və qurultayda 60 nəfərdən ibarət partiyanın Məclisi seçiləcək. Həmin Məclis həm partiya sədrini, həm də idarəetmə orqanlarını seçəcək. Sonra partiyanın təşəbbüs qrupu elan olunacaq və bu qrupun ilk iclası fevral ayında keçiriləcək. Qurultay keçirilənə qədər Təşkilat Komitəsi partiyaya aid bütün məsələləri həll edəcək”.N. Cəfərli qeyd edib ki, partiyanın təsis qurultayına qədər isə “REAL” Hərəkatı öz fəaliyyətini davam etdirəcək. Hərəkatın İdarə Heyətinin üzvü Erkin Qədirli isə “REAL” Hərəkatının proqram sənədlərinin tezislərini açıqlayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti