“REAL” Milli Şuranın mitinqinə qatılmyacaq

13:00 | 05.04.2015
“REAL”  Milli Şuranın mitinqinə qatılmyacaq

“REAL” Milli Şuranın mitinqinə qatılmyacaq

"Milli Şura bizi mitinqə dəvət etsə belə getməyəcəyik", - bu fikirləri azvision.az-a açıqlamasında REAL Hərəkatının üzvü Erkin Qədirli bildirib.

O, qeyd edib ki, REAL-çılar Milli Şuranın sabahki mitinqdə iştirak etməyəcəklər.  "Biz Milli Şuranın mitinqinə yalnız bir neçə dəfə seçki ərəfəsində getmişik, onun da səbəbi şəxsən Cəmil Həsənliyə dəstək olmaq idi. Təkcə Milli Şura deyil, başqa təşkilat da bizi mitinqə dəvət etsə, getməyəcəyik. Çünki hazırda partiya quruculuğu ilə məşğuluq və qurultaya hazırlaşırıq”. 

E.Qədirli ümumilikdə müxalifətin hazırda ağır durumda olduğunu vurğulayıb.

"Aydın məsələdir ki, hazırda müxalifətin vəziyyəti ağırdır. Əslində başqa ölkələrdə mitinqləri siyasi partiyalar keçirmir. Etirazçı kütlə özü, yaxud da həmkarlar ittifaqları mitinqlər təşkil edir. Bizdə isə "müxalifət varmı?” sualı qəribə şəkildə paradoksa çevrilib. Çünki müxalifət parlamentdə olur. Parlamentdən kənar müxalifət olmur. Ümumilikdə isə müxalifətin hazırkı vəziyyətə düşməsində müxalifətin də səhvi az deyil”. 

Qeyd edək ki, Milli Şura sabah saat 15:00-da "Məhsul” stadionunda mitinq keçirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM