“Real”ın yarımmüdafiəçisi “Arsenal”a keçir

10:59 | 23.01.2021

"Arsenal” "Real”ın futbolçusu Martin Edeqoru icarəyə götürmək üzrədir.
 
Yekun danışıqlardan sonra norveçli futbolçu mövsümün sonuna qədər "topçular”da çıxış edəcək.
 
"Real” Edeqoru 2015-ci ildə transfer edib. 22 yaşlı yarımmüdafiəçi daha öncə Niderlandın "Herenven” və "Vitess” klublarına icarəyə verilmişdi. O, ötən mövsüm "Real Sosyedad”da keçirdiyi 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM