3,6% respondent Azərbaycanın xarici siyasətini uğursuz hesab edir - SORĞU

Sosial Tədqiqat Mərkəzinin sorğusuna əsasən respondentlərin 62,9%-i Azərbaycanın hazırkı xarici siyasət kursunu tamamilə uğurlu, 28,1%-i qismən uğurlu 3,6%- isə uğursuz hesab edib, 5,4%-i bu suala cavab verməkdə çətinlik çəkib. Bu barədə qurumun son sorğusunda qeyd olunub.
Sorğu 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Sorğu 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.
Aytac Zeynalova
www.anews.az