Respondentlərin 45,3%-i gündəlik məlumatları televiziyadan əldə edirlər- SORĞU

13:14 | 03.11.2023
Respondentlərin 45,3%-i gündəlik məlumatları televiziyadan əldə edirlər- SORĞU

Respondentlərin 45,3%-i gündəlik məlumatları televiziyadan əldə edirlər- SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə respodetlərin 55,7%-i insanların gündəlik əsas məlumat mənbələrini sosial şəbəkədən, 45,3%-i televiziyadan, 30,7%-i internet xəbər saytlarından, 12,5%-i yaxın ətrafdan aldığını bildirib. Bu barədə qurumun bu gün açıqladığı sorğu nəticələrində qeyd olunub.  
 
Bildirilir ki, respondentlərin rəylərində növbəti sıralarda qəzet, jurnal (2,3%), radio (1,8%) və digər informasiya mənbələri (0,5%) yer alıb.
 
Nəticələrə əsasən, yaşı 65-dən yuxarı olanların 89.2%-nin gündəlik hadisələrlə əsas informasiya mənbəyi televiziya, 18-24 yaş qrupu iştirakçıların isə 85.0%-nin isə sosial şəbəkələr olduğuğu vurğulanıb.
 
Sorğu 2023-cü ilin 12 – 16 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM