Rəsulzadənin nəvəsi - Babam sağ olsaydı İlham Əliyevə səs verərdi

13:58 | 11.01.2024
Rəsulzadənin nəvəsi - Babam sağ olsaydı İlham Əliyevə səs verərdi

Rəsulzadənin nəvəsi - Babam sağ olsaydı İlham Əliyevə səs verərdi

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və əsas simalarından olan Məhəmməd əmin Rəsulzadə sağ olsaydı qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə səs verərdi. Bunu Rəsulzadənin nəvəsi əməkdar Rəssam Rais Rəsulzadə Modern.az-a müsahibəsində deyib. 
 
Sözügedən müsahibəni təqdim edirik:

- Rais bəy, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam verib. Qərarı necə qarşıladınız?

- Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı qərarı çox böyük hadisədir. Rəsulzadənin 140 illiyinin məhz bu ildə keçirilməsi onun ruhunu şad edir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

- Bu il həm də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Siz İlham Əliyevə səs verəcəyinizi açıqlamısınız. 

- Bilirsiniz, Rəsulzadənin istəyi ərazi bötüvlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi...

- Prezidentin sərəncamında bir sıra tədbirlərin keçirilməsi tapşırılıb.Rəsulzadənin 140 illiyi çərçivəsində hansı tədbirlər keçiriləcək?
Ətraflı

- Rəsulzadənin həqiqətən də, zəngin irsi var. Gəlin düşünək, sovet vaxtı deyirdilər ki, 1918-1920-ci illər yoxdur, olmayıb. Bununla biz qazanırıq? Əlbəttə, yox. Əksinə bu illər sayəsində mədəniyyətimiz, siyasətimiz zənginləşir. Ona görə də,140 illiyin qeyd edilməsi böyük hadisədir. Bundan gözəl yararlanmaq lazımdır. Prezidentin bununla bağlı verdiyi sərəncam çox önəmlidir. Bəzi strukturlar bunu yola verdi etməsinlər. Rəsulzadənin 130 illiyində onun əsərlərini çap etdilər. Məsələn bu il ev muzeyi açmaq, eləcə də onun adını dərsliklərə salmaq olar.

- Ev muzeyindən söhbət düşmüşkən bir müddət əvvəl mətbuatda Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı xəbərlər yayılmışdı. Ev muzeyi ilə bağlı təşəbbüsləriniz olubmu və ya olacaqmı?

- Ev muzeyi ilə bağlı təşəbbüsümüz olmuşdu. Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdik. Dedilər ki, məsələlərə baxırıq. Lakin... Çörək muzeyi, futbol muzeyləri var. Rəsulzadə bu dövlətin qurucularındandır. Onun muzeyi niyə olmasın? Əminəm ki, Prezidentimizin sərəncamı bütün bu məsələlərin həllinə dəstək olacaq.

- Bəs, Rəsulzadənin məzarının Ankaradan Bakıya qaytarılması gözlənilirmi?

- Rəsulzadənin qəbirinin Bakıya köçürülməsi qısa müddətə çətin həll oluna bilər. Bu, adi məsələ deyil. Əsas odur ki, dövlət səviyyəsində Rəsulzadənin 140 illiyi keçiriləcək. Bu, həm də o deməkdir ki, zamanla hər şey öz həllini tapacaq.

- Rais bəy, Siz həm də Əməkdar rəssamsınız. Rəssamlıq fəaliyyətinizi davam etdirirsiniz?

- Rəssamlıq fəaliyyətim davam edir. Rəssamlara rəssamlığı, müəllimlərə də müəllimliyi öyrədirəm. Mənim yaradıcılığımda portret, notrimot, tematik tablolar və mənzərə xüsusi yer tutur. Xəstələnəndən sonra təbiətə getmək lazım idi. Qəbələyə getmişdim. Orada mənzərə üzərində çalışdım. Mənzərələrimi bəyənirlər. Yaxşı rəylər yazırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti