"Hazırda biz regional iqtisadi və ticarət əlaqələrini müzakirə edirik, amma bu barədə çıxış etməzdən öncə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova bu dəyirmi masanı təşkil etməsinə görə təşəkkürümü bildirirəm.
Bu çox yerinə düşən müzakirədir və buna görə fürsətdən istifadə edib, regionda ticarət və daşınma sisteminin inkişafı ilə bağlı ABŞ-ın düşüncələrini sizlərlə bölüşmək istəyirəm. Bu barədə düşüncələrimi ifadə etdikdən sonra sonra dövlət katibinin müavin köməkçisi və məsləkdaşım Rubin çıxış edəcək.
Biz Orta Asiya və Qafqaz ölkələrinin hamısının Xəzər dənizi və Türkiyədən keçərək, Avropaya qədər uzanan ticarət yollarının şaxələndirilməsi üçün çalışdığını etiraf edirik.
Amma regionun ticarət dəhlizi olaraq potensialının üzə çıxarılması, sərhədlərdə dayanmaların qarşısının alınması və gömrük xərclərinin azaldılması üçün həmin regionun dövlətləri birgə fəaliyyət göstərməlidirlər. Əgər biz konteyner mallarının idxalı və ixracı ilə bağlı nə qədər xərcin çıxdığını və neçə günün lazım olduğunu bilmək üçün Dünya Bankının "Doing Buisness” hesabatına baxsaq, görəcəyik ki, bu ölkələr tərəfindən ticarətin daha asan həyata keçirilməsi üçün daşınma xərclərinin azaldılması və günlərin qısaldması ilə bağlı heç bir addım atılmayıb. Amma hesab edirəm ki, bu sahədə artıq bəzi ciddi dəyişikliklər var və onlar çox vacibdir.
Qazaxıstan və Türkmənistanda, eləcə də Azərbaycanda limanların inşa edildiyini və mövcud olanların genişləndirilməkdə olduğunu müşahidə edirik. Qazaxıstan və Türkmənistan arasındakı yeni dəmir yol xətti "Bakı-Tiflis-Qars” dəmiryolu ilə eyni vaxtda tikilməyə başlanıb.
Biz Özbəkistanı Əfqanıstanın Məzari-Şərif şəhəri ilə bağlayan dəmir yol xəttinin faydasını artıq görməkdəyik. Bundan başa Asiya İnkişaf Bakının planına əsasən Türkmənistandan başlayıb Əfqanıstanın içindən - ortada ötürücü rolu olan Məzari Şərifdən – keçib Tacikistana doğru istiqamət alan dəmiryolunu misal çəkmək olar. Qazaxıstan buğdasının təkcə cənuba – Əfqanıstana – deyil, Xəzər dənizindən keçərək qərbə doğru da ixrac olunduğunu müşahidə edirik. Seçilən ticarət yolu öz sürəti və sərfəli olması ilə xüsusi əhəmiyyət daşıyır.
Adları sadalanan bu ölkələrin regional ticarətin və daşınmanın inkişafı ilə bağlı əlavə güc sərf etmələrini alqışlayırıq. Bundan başqa, onları regionun iqtisadi inkişafına kömək edən daşınma və ticarət yollarının daha da genişləndirilməsi üçün bir-biri ilə sıx əməkdaşlıq etməyə çağırırıq.
Yəqin siz də eşitmiş olarsınız ki, regional əlaqələrin inkişafı üçün dövlət katibi yeni İpək Yolunun salınması ilə bağlı bizim təşəbbüsümüzün əhəmiyyətini qeyd edib. Cənubi və Mərkəzi Asiya işləri üzrə dövlət katibinin müavini Bisval da bu məsələni xüsusi vurğulayıb.
Regional enerji şəbəkəsinin inkişafı, ticarət və daşınmanın keyfiyyətinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, biznes əlaqələrinin inkişafı üçün çoxlu sayda insanın cəlb olunması və yeni İpək Yolunun salınması, Əfqanıstan və onun qonşuları - Mərkəzi və Cənubi Asiya ölkələrinin inkişafına böyük töhfə vermiş olar.
Şimal şəbəkəsindən keçərək Əfqanistana daxil olan və çıxan malların, həm də Cənubi Asiya və Qafqazdan tranzit kimi keçdiyinin şahidi oluruq. Bu təcrübə Avropa və Asiya arasında kommersiya dəhlizinin inkişafı üçün baza yaradır. Xəzər Dənizini keçərək şərq-qərb daşınma əlaqlərinin qurulması, eləcə də Mərkəzi və Cənubi Asiyadan keçən şimal-cənub tranzit dəhlizi həmin regionda daşınmanı və ticarəti asanlaşdırır.
ABŞ bu əlaqələrin inkişafı üçün Asiya İnkişaf Bankının maliyyələşdirdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) proqramını dəstəkləyir. Bu proqrama əsasən, regionda 7800 km-lik minik yollarının yenidən qurulması və salınması, 3800 km dəmiryolunun inşası nəzərdə tutulub. Görülən müəyyən işlərdən sonra biz daşınmanın sürətinin artdığını və regional sərhədlərdə xərclərin kəskin azaldığını müşahidə edirik.
Narkotiklərlə mübarizə, sərhəd zonasında qayda-qanunun və təhlükəsizliyin təmini, sərhədyanı xidmətin keyfiyyətinin artırılması və digər bu kimi tədbirləri dəstəkləyən USAİD-in proqramı çərçivəsində, ABŞ höküməti regional əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində işlər görməkdədir. Qazaxıstan və Əfqanıstanın Dünya Ticarət Təşkilatına daxil olmaqla bağlı arzusu xüsusi dəyərlidir. Sərhədyanı orqanlar və gömrük orqanları arasında sərhədyanı əməkdaşlığa biz xüsusi diqqət etməli və bu sahədə uğur qazanmaq üçün yaxın gələcəkdə güclərimizi birləşdirməliyik. Təhlükəsizlik nöqteyi nəzərindən ABŞ regiondakı tədris proqramlarını da dəstəkləməyi planlaşdırır. Paralel olaraq biz region ölkələrin hökümətlərinin sərhəd zonasında vaxtın qısaldılması üçün regional standartları inkişaf etdirməyə böyük maraq göstərdiyini görmək istəyirik. Bu asan həll olunan məsələdir. Bunun üçün hökümətlər siyasi iradə göstərməlidirlər.
Regionda olan müttəfiqlərimizin gördüyü işləri qiymətləndiririk. Ticarət və iqtisadi əməkdaşlığın inkişafını qeyd etməklə yanaşı bu məsələdə Avropa İttifaqının regionda oynadığı mühüm rolu da qeyd etmək yerinə düşərdi. Hazırda Avropa Birliyinə başçılıq edən Latviya daşınma sisteminin və ticarətin inkişafı üçün Mərkəzi Asiya və Avropa Birliyi arasında əlaqələrin inikşaf edirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Məsələn, keçən ay Mərkəzi Asiya və onun qərb qonşuları arasında əlaqələrin genişləndirilməsi üçün Qazaxıstan ilə Avropa Birliyi arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı müqavilə imzalandı.
Avropa Birliyi və Mərkəzi Asiya arasında sərhədlərin idarə edilməsi ilə bağlı Proqram bizim sərhədyanı və gömrük praktikasının inkişaf etdirilməsi ilə bağlı gördüyümüz ikitərfli işlərlə, eləcə də Asiya İnkişaf Bankının proqramı çərçivəsində kollektiv formada görülən işlərlə üst-üstə düşür. Bütün bu işlər həmin regionda ticarətin artması və ticarət yollarının şaxələndirilməsi məqsədi ilə edilir.
Qafqazdan və Türkiyədən keçərək Avropaya uzanan Mərkəzi Asiyanın ticarət və daşınma sistemini müzakirə edirik, amma mən həm də Mərkəzi Asiyada ciddi aktivliyi ilə seçilən iki ölkə haqqında da danışmaq istyirəm. Öz iqtisadi böyüklüyü və öz İpək Yolu vasitəsi ilə Çin öz infrastrukturunu və ticari əlaqələrini inkişaf etdirməyə çalışır. Bu kimi təşəbbüs regionun stabiliyi, təhlükəsiziliyi və inkişafı üçün bizim etdiklərimizə əlavə güc qata bilər.
Rusiyanın Mərkəzi Asiya ilə tarixi əlaqəsi var. Təəssüf ki, Rusiyanın Ukraynada etdikləri həmin regionun stabillyinə, təhlükəsizliyinə və inkişaf etməsinə mane olur. Rusiya iqtisadiyyatının tənəzzül mərhələsinə keçməsi, qarşılıqlı asılılğın daha kəskin olduğu müasir dünya iqtisadi sistemində o deməkdir ki, Rusiyanın əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyatı da mənfi təsirlərə məruz qalacaq.
Biz bilirik ki, Rusiya regionda əsas iqtisadi faktor olaraq qalacaq. Amma indiki halda Mərkəzi Asiya ölkələri daha yaxşı vəziyyətdədir. Onların indi ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafı və qlobal bazara inteqrasiya olması imkanları daha böyükdür. Bu məsələni onlar özləri üçün həll etməlidirlər.
Avrasiya İqtisadi Birliyinin genişlənməsi region ölkələrinin Ümumdünya Ticarət Təşkilatı qarşısında götürdüyü öhdəliklər daxil olmaqla, beynəlxalq öhdəliklərinə mənfi təsir etməməli, onların digər ikitərəfli və çoxtərəfli münasibətlərini məhdudlaşdırmamalıdır.
Mən, bir daha, region ölkələri tərəfindən ticarət yollarının şaxələndirilməsi və kommersiya əlqələrinin inkişaf etdirilməsi ilə bağlı görməli olduqları işlərin əhəmiyyətini vurğulamaq istəyirəm. Son iki ayda baş verən hadisələr göstərdi ki, Mərkəzi Asiya ölkələri öz iqtisadiyyatlarını faydalı istiqamətdə inkişaf etdirməkdə maraqlıdırlar.
Dekabr ayında, Əfqanıstan, Pakistan, Tacikistan və Qırğızıstan ölkələrinin yüksək vəzifəli şəxsləri möhkəm əsaslı regional enerji bazarının yaradılması, Pakistan və Əfqanıstanda iqtisadiyyatın inkişafına dəstəyin təmin olunması və hidroenerji ilə bağlı qiymətlərin razılaşdırılması ilə bağlı İstanbulda görüşüblər. Yanvar ayında Əfqanıstan, Pakistan və Tacikistan dövlətlərinin səlahiyyətli şəxsləri görüşərək regionda malların sərbəst və rahat gediş-gəlişi üçün ticarət və tranzit baryerlərinin aradan qaldırılması ilə bağlı atılacaq addımları razılaşdırıblar. Bu ayın sonunda, region ölkələri Aşqabadda görüşərək regional infrastrukturla bağlı məsələləri müzakirə edəcəklər.
ABŞ Mərkəzi Asiya ölkələrinin iqtisadi əlaqələrinin inkşafını dəstəkləməkdə davam edəcək. Mərkəzi Asiya dövlətlərinin Xəzəryanı ölkələr, Qafqaz, Türkiyə və Avropa ilə əlaqələri təkcə ABŞ-ın özünə deyil, elə region ölkələrinin özü üçün də vacibdir".
http://m.state.gov/md237350.htm
Tərcümə etdi: Emin ASLAN
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !