Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos baba olub.
Anews.az goal.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin ikinci qızı Covanna oğlan övladı dünyaya gətirib. Ona Pedro adı verilib. Karlos İnstagram hesabından qızını təbrik edib.
İyulda Roberto Karlosun ikinci həyat yoldaşından qızı dünyaya gəlmişdi. Bu, onun 9-cu övladı olmuşdu.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !