"Amerikanın borcunun 17 trilyonu keçdiyi indiki dönəmdə Konqress dərhal vergi ödəyicilərinin pulunun hara xərclənməsinə xüsusi diqqət ayırmalıdır. Məsələn, "Azadlıq Radiosu” və "Amerikanın Səsi”ndən başlamaq olar. Bu media qurumları artıq öz xətlərindən kənara çıxaraq Amerikanın mütəffiqlərinə qarşı və onun düşmənlərinin xeyrinə fəaliyyət göstərməkdədir. Yəqin ki, Konqressin növbəti hədəfi ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası olacaq.
Artıq ikinci ildir həmin Komissiya Azərbaycan Respublikasını "xüsusi narahat” ölkələr siyahısına salır. Bu tam olaraq nə deməkdir, bilinmir. Çünki bu məsələ ilə bağlı informasiya və arqument çox azdır. Amma Komissiya məhz bu az arqument və məhdud informasiya əsasında siyahını hazırlayıb. Bu siyahıya Azərbaycanla paralel olaraq hazırda durumları pis olan İran, Myanma və digər ölkələr də daxil edilib. Yenə də Komissiya ənənəvi olaraq, İranı "xüsusi narahatlıq doğuran” ölkələr siyahısına daxil etsə də, bunu hansı səbəbdən, nə kimi məlumata dayanaraq etdiyini izah etməyib. Komissiya digər ökələrin niyə narahatlıq doğurmadığını da açıqlamır.
Komissiyanın rəsmi saytında (USCIRF) göstərilir ki, bu təşkilatın məqsədi ölkə xaricində dini azadlıq və hüquqları qorumaqdır. USCIRF dini azadlıqların pozulmasına səbəb olan şəraiti və faktları araşdırır, prezident, dövlət katibi və Konqress üçün məsləhətlər hazırlayır.
"Komissiyanın əsas missyası ölkə xaricində ümumi dini azadlıqları müdafiə etməkdir” İlk baxışda bu cümlə çox gözəl səslənir. Amma əgər, Komissyanın hazırladığı hesabatlara daha diqqətlə baxsanız, görəcəksiniz ki, onlar çox bəsitdir və özündə heç bir məlumat dəyəri daşımır. Komissiyanın bütün xərcləri amerikalı vergi ödəyiciləri tərəfindən qarşılanır.
USCIRF Komissiyasına görə Azərbaycan krişnalar və müsəlmanlar üçün arzuolunan yaşayış yeri sayılmır. Qəribədir, sizdəmi belə düşünürsüz? Krişnalar? Müsəlmanlar?
Mən Bakıya, Azərbaycana səfər edən zaman öyrəndim ki, ölkə əhalisinin əsas hissəsi müsəlman-şiə məzhəbindəndir. USCIRF-nin öz hesabatına görə, Azərbaycanda əhalinin 35 faizi sünnidir. Onu da qeyd edək ki, bu müsəlman ölkəsində müsəlman-yəhudi münasibətləri də inkişaf etməkdədir. Azərbaycanda antisemitizmin tamamilə olmadığını da qeyd etmək yerinə düşər.
Reallıq isə bundan ibarətdir. Məsələ belədir ki, USCIRF Azərbaycanın müsəlmanların çoxluq təşkil etdiyi ölkə olması faktını tamamilə unudub. Əslinə qalsa, Azərbaycanda böyük xristian icması və yəhudi əsilli insanlar sülh və əmin amanlıq içərisində uzun əsrlərdir yaşayırlar. Xristian və yəhudilər parlamentdə təmsil olunur. Eyni qaydada bura sünni və şiələr də daxildir. Bu dini icmaların üzvləri arasında Azərbaycanda müxtəlif səviyyəli və eləcə də yüksək vəzifə tutan adamlar var. Onların hamısı vətəndaş, dini və biznes liderləridir.
Azərbaycanda yaşayan istənilən yəhudidən soruşun, o sizə deyəcək ki, onun hüquqları bütün azərbaycanlılarla eynidir. Bundan daha önəmlisi, həmin yəhudi sizə əlavə olaraq deyəcək ki, Azərbaycanda heç bir zaman antisemitizm siyasətin hiss etməyib.
O zaman hansı səbəbdən, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası heç bir əsası olmayan və tamamilə qeyri-müəyyən "dini xəstəlik” probleminin Azərbaycanda mövcud olduğunu iddia edir?
USCIRF-in hesabatına görə, Azərbaycan təhsil islahatları çərçivəsində məktəblərdə hicabın taxılmasını qadağa edib. Yeni məktəb geyiminin məcburi olmasının məqsədi budur ki, şagirdlər iqtisadi-sosial planda bərabər görünsün. Oxşar siyasət ABŞ-ın bir çox məktəbləri daxil olmaqla, dünyanın əksər ölkələrində də həyata keçirilir. USCIRF-nin hesabatından məlum olur ki, Azərbaycan məscidləri bağlayıb. Doğrudan da, belə bir hadisə baş verib. Amma! Amerikalıların böyük vergiləri hesabına formalaşan Komissiya əziyyət çəkib öyənibmi ki, görəsən bu məscidlər niyə bağlanıb? USCIRF Komissiyası araşdırıb və ortaya çıxarıbmı ki, bu məscidlərin əsas bağlanma səbəbi nə olub və bu hansı zərurətdən irəli gəlib? Komissiya heç bir əziyyət çəkməyib. Bəlkə, elə bu məscidlər İran tərəfindən maliyyələşib və onların idarəçiləri də iranlı dindarlar olub? Doğrudan da, səbəb məhz bu olub. Bu haqqda çox danışılıb. Amma Komissiya özünü əziyyətə salıb bu məlumatı əldə etməyə çalışmayıb və beləcə əsassız yerə Azərbaycanı ittiham edib.
UNSIRF-nin Komissiyasının əsas tövsiyələrindən biri də bu olub ki, "Azadlıq Radiosu” Azərbaycandan baş verən hadisələri araşdırmalıdır. Əslində isə "Azadlıq Radiosu” ABŞ vətəndaşlarının vergisi hesabına fəaliyyət göstərən strukturlardan biridir və kifayət qədər də böyük bir büdcəsi var. Qeyd etmək vacibdir ki, siyasi və media ekspertləri "Azadlıq Radiosu”nun tamamilə antiAzərbaycan mövqe sərgilədiyini və ölkəni daim tənqid etdiyini bildirirlər. Komissiyanın digər tövsiyyələri tamamilə "qəribədir”
Bəlkə, ABŞ Konqressi özünün maliyyələşdirdiyi təşkilat və strukturların nə işlə məşğul olduğunu araşdırsın, hə? Mənə elə gəlir ki, "Azadlıq Radiosu” və Komissiya öz qəribəliyi, özəl məqsədləri və düşünülməmiş siyasətləri ilə fərqlənirlər. Biz çox gərgin işləyirik ki, vergilərimizin hamısın verə bilək. Görəsən, Konqress üçün bizim vergilərimizin effektiv şəkildə xərclənməsini və fayda gətirməsini təmin etmək bu qədərmi çətindir?"
www.rollcall.com/news/us_commission_of_international_religious_freedom_muslims_and_hare_krishnas-239890-1.html?pg=2&dczone=policy
Tərcümə etdi: Emin ASLAN
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !