Rusiyalı biznesmen Roman Abramoviç ona məxsus olan "Çelsi" futbol klubunu satıb.
"Mən kütləvi informasiya vasitələrində spekulyasiya ilə məşğul olanlara üz tutaraq demək istəyirəm ki, həmişə klubun maraqları çərçivəsində qərarlar vermişəm. Odur ki, yaranmış vəziyyətdə klubu satmaq qərarına gəlmişəm. Çünki bunu komandanın maraqlarına daha uyğun hesab edirəm", - Abramoviç deyib.
Biznesmen bildirib ki, klubun satışından əldə edilən vəsaiti isə Ukrayna müharibəsində zərərçəkmişlərə yardım məqsədilə yaradılmış xeyriyyə donduna qoyacam.
Medianın yazdığına görə, Abramoviç ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən öz aktivlərini satmağa başlayıb. Fevralın 24 -də Britaniyanın baş naziri Boris Conson Rusiya bankları və məmurlarına qarşı sanksiyalar tətbiq etmək, həmçinin yüzlərlə insan və şirkətin aktivlərinin dondurmaq niyyətindədir.
Bundan başqa Conson varlı rusiyalıların öz pullarını necə qazandıqlarının araşdıracağına söz vermişdi. "Oliqarxların gizlənməyə yeri olmayacaq"- baş nazir demişdi.
Abramoviç "Çelsi" klubunu 2003-cü ildə 140 milyn funt sterlinqə alıb və onun inkişafına 1,5 milyard funt sterlinq xərcləyib.
Bu müddətdə "Çelsi" 4 dəfə İngiltərə çempionu olub, iki dəfə Arvropa liqası və Çempionlar Liqasını, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə Liqa Kubokunu və iki dəfə İngiltərə Superkubokunu udub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !