Ronaldo bu klubla 200 milyon avroluq müqavilə imzalayacaq

17:23 | 30.11.2022
Ronaldo bu klubla 200 milyon avroluq müqavilə imzalayacaq

Ronaldo bu klubla 200 milyon avroluq müqavilə imzalayacaq

Futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə illik 200 milyon avroluq müqavilə imzalamağa razılaşıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. 

37 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi bu ayın əvvəlində klub rəhbərliyi ilə futbolçu arasında münasibətlərin gərginləşməsi səbəbindən ləğv edilib.

İndi Ronaldonun "Əl Nəsr"lə razılığa gəldiyi deyilir. İspaniyanın "Marca" qəzeti xəbər verir ki, söhbət onun 40 yaşına qədər oynayacağı iki il yarımlıq müqavilədən gedir.

"Əl-Nəsr" Səudiyyə Ərəbistanının ən uğurlu klublarından biridir və doqquz dəfə ölkənin yüksək liqasının qalibi olub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM