"Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının XXXVI turu çərçivəsində "Barselona”ya qarşı keçirdiyi oyunun fasiləsi zamanı zədələndiyi üçün əvəzlənib.
Anews.az ispan mediasına istinadla xəbər verir ki, 33 yaşlı futbolçunun topuq bağları zədələnib.
"Kral klubu”nun baş məşqçisi Zinedin Zidan Ronaldunun zədəsinin ciddi olmayacağına ümid etdiyini bildirib.
"Hazırda Ronalduda heç də hər şey qaydasında deyil. Ancaq ümid edirəm ki, zədə ciddi olmayacaq”, – Zidan deyib.
Qeyd edək ki, "Barselona” – "Real” qarşılaşması 2:2 hesabı ilə bitib. Mayın 26-da madridliləri Çempionlar Liqasının finalında "Liverpul” ilə oyun gözləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !