Rumıniya Azərbaycanın Avropa bazarına girmək üçün əsas tərəfdaşıdır -Nazir

11:47 | 01.04.2024
Rumıniya Azərbaycanın Avropa bazarına girmək üçün əsas tərəfdaşıdır -Nazir

Rumıniya Azərbaycanın Avropa bazarına girmək üçün əsas tərəfdaşıdır -Nazir

Rumıniya Azərbaycanın Avropa bazarına girmək üçün əsas tərəfdaşıdır. Bunu Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja deyib.

"Azərbaycan Ruminiya münasibətləri indiki kimi güclü olmayıb. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə olub. Bu yaxınlarda baş nazirimizin də Bakıya səfəri baş tutacaq. Rumıniya Azərbaycan üçün Avropaya əsas qapı sayıla bilər. Rumıniyanı Avropa bazarına çıxış nöqtəsi kimi də görə bilərsiniz, -Rumınyanın energetika naziri aprelin 1-də Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında qeyd edib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM