Rus ekspertlər: Yasir Ərafat öz əcəli ilə ölüb

20:00 | 26.12.2013
Rus ekspertlər: Yasir Ərafat öz əcəli ilə ölüb

Rus ekspertlər: Yasir Ərafat öz əcəli ilə ölüb

 Bu gün Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Vladimir Uyba mərhum Fələstin lideri Yasir Ərəfatın təbii səbəbdən dünyasını dəyişdiyi haqda bəyanat verib.APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, V. Uyba bütün ekspertizaların başa çatdığını bildirib. “Bütün tədqiqatlar aparılıb, Yasir Ərəfat radiasiyanın təsirindən deyil, təbii səbəbdən ölüb”, - deyə V. Uyba qeyd edib. Agentlik rəhbəri bildirib ki, öncə Ərəfatın bədən toxumalarında qurğuşun və Polonium-210 maddələrinin tapılmasını bəyan edən Lozanna Radiofizika İnstitutunun tədqiqatçıları da sonradan rusiyalı həmkarları ilə razılaşıblar. Qeyd edək ki, bu il dekabrın əvvəlində fransalı mütəxəssislər də Y. Ərəfatın öz əcəli ilə  öldüyünü etiraf ediblər. Rusiya Federal Tibbi-Bioloji Agentliyinin bəyanatını İsveçrə tərəfi hələ ki, rəsmi şərh etməyib. Əvvəllər isveçrəlilər Ərəfatın ölümünün səbəbi haqqında yekdil nəticəyə gəlmədiklərini vurğulayaraq, ölümün radioaktiv maddənin təsirindən baş verməsi ehtimalını da qüvvədə saxlayıblar. Fələstin hökuməti 2012-ci ildə Ərəfatın qalıqlarını eksqumasiya edib, araşdırma aparılması üçün İsveçrə, Fransa və Rusiyaya göndərib. Ərəfatın həyat yoldaşının “Əl-Cəzirə” televiziya kanalına tədqiqat üçün verdiyi şəxsi əşyalarda polonium maddəsinin izlərinin aşkarlanmasından sonra belə bir addım atılıb. Xatırladaq ki, Y. Ərəfat 2004-cü ildə Parisdə vəfat edib. Həkimlər onun vəziyyətinin qısa müddət ərzində pisləşməsi və ölümünün səbəblərini açıqlaya bilməyiblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM