Rus politoloq: “Ermənistan Dağlıq Qarabağ üzərində nəzarəti itirə bilər” – MÜSAHİBƏ

15:00 | 22.01.2015
Rus politoloq: “Ermənistan Dağlıq Qarabağ üzərində nəzarəti itirə bilər” – MÜSAHİBƏ

Rus politoloq: “Ermənistan Dağlıq Qarabağ üzərində nəzarəti itirə bilər” – MÜSAHİBƏ

Sankt-Peterburq və Leninqrad Jurnalistlər Birliyinin üzvü, dosent, tarix elmləri namizədi, beynəlxalq əlaqələr üzrə ekspert Dimitriy Ruşin ANN.Az-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Sizin bəzi məsləkdaşlarınızın iddia etdiyi variant budur ki, bir erməni ailəsinin altı üzvünü qətlə yetirən, Gümrü hərbi bazasının əsgəri, Valeriy Permyakov üçüncü ölkənin xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirib.  Onlar düşünür ki, bu qətlin məqsədi Ermənistanın daxili siyasi sabitliyini pozmaq və rus-erməni münasibətlərinə xətər yetirmək olub. Siz bu fikiri bölüşürsünüzmü?

- Müxtəlif variantlar var. Sizin dilə gətirdiyiniz variant da istisna deyil. İstənilən halda bu faciədən ən çox istifadə edən Ermənistanda olan qərb meyilli müxalif düşərgədir.

- Gümrüdə baş verən xalq etirazları hansısa ciddi nəticələrə gətirib çıxara bilərmi?

- Düşünmürəm. Əksər ermənilər başa düşür ki, Rusiya onların regionada yeganə mütəffiqidir. Rus qoşunlarının çıxması Ermənistanda durumu ağırlaşdıracaq. Bəli, Dağlıq Qarabağ üzərində nəzarət də yaxın gələcəkdə itirilə bilər. Ermənistanda daima anti-rus qüvvələrinin olması isə artıq başqa məsələdir. Sovetlər dövründə başlarında Zatikayan adlı şəxsin durduğu erməni separatistləri Moskvada terror törətmişdilər. Bu terrorda insanlar öldü, ancaq həmin terrorçular tapılaraq mühakimə olundu.

- Deməli, rus qoşun birləşmələrinin Ermənistandan çıxarılması mümkünlüyünə inanmırsınız. Bəs, o zaman, bu hadisə ikitərəfli münasibətlərə necə təsir edəcək?

- Bəli, inanmıram. Təbii ki, qısa müddətli perspektivdə bu hadisə iki ölkə arasında münasibətləri gərginləşdirəcək. Ancaq bu faciə münasibətlərin əsas təməllərinə təsir etməyəcək. Hər iki ölkənin hakimiyyəti başa düşür ki, bu kimi hadisələrdən, təəssüf ki, tam siğortalanmaq mümkünsüzdür.  Nəzərə alın ki, çoxlu sayda erməni vətəndaşı və ya etnik ermənilər Rusiyada və eləcə də rus vətəndaşları Ermənistanda yaşayır. Arabir onlar arasında hər hansısa insidentin baş verməsi mümkündür. Bu eyni ilə digər dövlətlərdən olan vətəndaşlara da aiddir.

- Necə düşünürsüz, sizcə, Valeriy Permyakov Rusiyada, rus qanunları ilə mühakimə olunacaq yoxsa, əvvəl-axır erməni hüquq mühafizə orqanlarına təhvil veriləcək?  

- Hələ ki, birmənalı fikir bildirmək çətindir. Bu sual hər iki ölkənin hakimiyyət və hüquq mühafizə orqanlarına ünvanlanmalıdır. Əgər onun günahı  hər iki ölkədə sübut olunsa, o zaman, ona eyni cəza veriləcək, yəni ömürlük həbs.

Həmid Həmidov
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM