• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Rusiya 2022-ci ilin dekabrında İtaliyaya neft nəqlini tamamilə kəsdi

Rusiya 2022-ci ilin dekabrında İtaliyaya neft nəqlini tamamilə kəsdi
03.02.2023 16:17
İtaliyanın əsas neft tədarükçüsü olan Rusiya ötən ilin dekabrında bu Avropa ölkəsinə yanacaq ixracını tamamilə dayandırıb. Bu barədə İtaliya mətbuatı yazıb. 
 
İtaliya neft idxalını noyabr ilə müqayisədə 12,2% - 5,5 milyon tona qədər artırıb. Ümumilikdə ötən il İtaliya xarici ölkələrdən 62,5 milyon ton məhsul alıb. Eyni zamanda, Rusiyadan idxalın həcmi ümumi təklifin 18,5%-ni təşkil edib. 

Dekabrda İtaliyanın əsas neft tədarükçüsü Azərbaycan olub. Azərbaycandan İtaliyaya tədarükün həcmi 854 min ton təşkil edib. 

Aİ-nin Rusiya neftinə embarqosu dekabrın 5-dən qüvvəyə minib. Aİ Rusiya neftinin dəniz yolu ilə idxalını rəsmən dayandırıb.
 
Dekabrın 5-dən etibarən Aİ, G7 ölkələri və Avstraliya Rusiya neftinin barelinin qiyməti 60 dollardan yüksək olan nefti daşımayacaq və sığortalamayacaq. Embarqo bəzi ölkələrə Rusiya neftini almağa davam etməyə imkan verir. Beləliklə, Bolqarıstan 2024-cü ilə qədər, Xorvatiya isə 2023-cü ilin sonuna qədər Rusiya Federasiyasından enerji resursları ala biləcək. Həmçinin, bir sıra Avropa ölkələri boru kəmərləri vasitəsilə Rusiya Federasiyasından neft idxalını davam etdirəcək. Bu, coğrafi mövqeyinə görə Rusiyanın enerji resurslarına alternativi olmayan ölkələrə aiddir

Eyni zamanda, fevralın 5-dən neft məhsullarının dəniz tədarükünə embarqo tətbiq edilir.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:15
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var
İqtisadiyyat 09:56
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:05
Dünya bazarlarında neft ucuzlaşıb

"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
İqtisadiyyat 13:48
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
İqtisadiyyat 13:02
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
Kriptovalyuta göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:01
Kriptovalyuta göstəriciləri açıqlanıb
"Bitkoin" yenidən ucuzlaşıb
İqtisadiyyat 10:42
"Bitkoin" yenidən ucuzlaşıb
Rusiya qazını İrandan ixrac edəcək -  Putin
İqtisadiyyat 14:23
Rusiya qazını İrandan ixrac edəcək - Putin
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
İqtisadiyyat 18:06
Çin Azərbaycana son 7 ildə 1 milyard dollara yaxın investisiya yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol