• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub

Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub
28.08.2024 21:20
Rusiya Xarici İşlər Nazirliyi 92 ABŞ vətəndaşının daimi olaraq ölkəyə girişinə qadağa qoyub.Bu barədə qurumun teleqram kanalında məlumat verilib.

"Müxtəlif səviyyələrdə hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye kompleksinin əsas şirkətlərinin rəhbərləri və Ukrayna Silahlı Qüvvələrini silahla təchiz edən və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları ilə yanaşı, "stop-siyahı”ya həmçinin aparıcı liberal-qlobalist nəşrlərin redaksiya əməkdaşları və müxbirləri də daxil edilib”, - Rusiya XİN-dən bildirilib.

Məlumata görə, siyahıya "The Wall Street Journal”ın baş redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş rəhbəri Neytn Hoc, həmçinin "The Washington Post” və "The New York Times” qəzetlərinin müxbiri də daxil edilib.

Rusiya XİN bunun Amerikanın hakim elitasının çılğın sanksiya hücumuna cavab olduğunu bildirib və gələcəkdə "stop-siyahı”nın genişləndiriləcəyinə söz verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol