Rusiya azərbaycanlı sahibkarlara 7,5 mlrd. dollarlıq layihə təqdim etdi

00:38 | 24.06.2014
Rusiya azərbaycanlı sahibkarlara 7,5 mlrd. dollarlıq layihə təqdim etdi

Rusiya azərbaycanlı sahibkarlara 7,5 mlrd. dollarlıq layihə təqdim etdi

Rusiya azərbaycanlı sahibkarlara ümumi dəyəri 260 mlrd. rubl (5,98 mlrd. ABŞ dolları) olan 18 sərmayə layihəsi təqdim edib.

Bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində bildirib.

 

“Rusiyada hər bir sərmayə  layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, həm də ilk növbədə vətəndaş həyatının keyfiyyətinin yüksəlməsidir. Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübə və bilikləri onların həyata keçməsində son dərəcə mühümdür”, - deyə o layihələrin təqdimatı zamanı qeyd edib.

 

Azərbaycanlı iş adamlarına Rusiyanın 16 subyektində - Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz Respublikası, Çuvaşiya, Çeçen, Dağıstan respublikası, Kamçatka, Krasnodar, Stavropol əyalətlərində bir sıra layihələr təqdim edilib.

 

Rusiyalı nazir azərbaycanlı sərmayədarlar üçün daha çox kənd təsərrüfatı sahəsində çoxsaylı investisiya layihələrinin xüsusi maraq doğura biləcəyini deyib.

 

O, əlavə edib ki, bunun üçün Tambov vilayəti daha münasibdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür