Rusiya hara yuvarlanır? - Andrey Konçalovski

14:20 | 13.01.2014
Rusiya hara yuvarlanır? - Andrey Konçalovski

Rusiya hara yuvarlanır? - Andrey Konçalovski

 Rusiya həyatının kədərli statistikası Andrey Konçalovskinin kəskin məqaləsində. Bu məqalə məşhur kinorejissor Andrey Konçalovskiyə məxsusdur – bu, öz vətənini, hələlik ölümcül olmayan çoxillik yuxudan oyatmaq istəyən şəxsin qışqırıqları və yalvarışlarıdır. AdMe.ru-da dərc olunan bu maraqlı yazını ANN.Az tərcümə edərək, oxucularına təqdim edir.Andrey Konçalovski Mən sizə bir neçə silkələyici rəqəm və faktı xatırlatmaq istəyirəm, bu faktlar təsdiqləyir ki, bir çox göstəricilər üzrə Rusiya Avropada və hətta Asiyada da deyil: korrupsiyanın səviyyəsi, orta ömür uzunluğu, elmə investisiyaların səviyyəsi və buna bənzər hallara görə biz Afrikadayıq! Mən hətta belə deyərdim ki, belə müqayisə üçün bizə küsmək lazım deyil, afrikalılar küsməlidir! Afrikalılarda öz geriliklərinə dair izahat var: onları dörd əsr ərzində "gəlmələr", yəni irqçilər və müstəmləkəçilər amansızcasına istismar edib, məhv edirdilər, biz rusları isə dörd əsr ərzində özümüzdən başqa kim müstəmləkələşdirib ki?! Demək belə, biz biz həmişə statistik rəqəmlərə məhəl qoymuruq — indi statistika olacaq — quru rəqəmlərə baxıb, ağıllı şəkildə reallığı tutmaq çətin məsələdir.Amma Rusiya ərazisində oynanılan faciənin miqyasları o qədər kritikdir ki, mən sizi öz diqqətinizi gərginləşdirməyə çağırıram.    Rusiyada ölüm faizi Rusiyada son 20 il ərzində 7 milyondan çox rus ölüb. Bu göstərici üzrə biz Braziliyanı və Türkiyəni 50%, Avropanı isə bir neçə dəfə qabaqlayırıq. Hər il Rusiya əhalinin sayı üzrə bütöv bir ərazini itirir, Pskov və ya böyük şəhər, Krasnodar kimi.Rusiyada intiharların, zəhərlənmələrin, qətllərin və bədbəxt hadisələrin miqdarı Anqolada və Burundidə ölüm göstəricisiylə müqayisə edilə bilər. Kişilərin ömrünün uzunluğuna görə Rusiya Banqladeşə güzəşt edərək təxminən dünyada 160-cı yeri tutur. Rusiya əhalinin azalmasının mütləq ölçüsü üzrə dünyada 1-ci yer tutur. BMT-nin hesablamalarına görə, 2025-ci ilə kimi indiki 143 milyonluq Rusiya əhalisi 121-136 milyona qədər azalacaq.Ailə böhranı Qocalar evlərində yaşayan 10 qocadan 8-inin qohumları var, həmin qohumlar onları saxlaya bilərlər. Amma, bununla belə, onlar sığınacaqlara göndərilmişdir! Qohumları onlardan imtina etmişdir. Bizdə 2 milyondan 5 milyona qədər kimsəsiz uşaq var (Böyük Vətən Müharibəsindən sonra onların sayı 700 min idi). Çinin əhalisi 1 milyard 400 000 mindir, amma yalnız 200 min insan kimsəsizdir, — yəni yəni bu göstərici onlarda bizdən 100 dəfə azdır! Bax,çinlilər üçün görün uşaq nə qədər dəyərlidir! Axı qocalara və uşaqlara qayğı göstərilməsi çiçəklənən millətin rəhnidir. Uşaq evlərində olan 370 min uşaqdan 80%-inin valideynləri sağdır. Amma onları dövlət saxlayır! Mən ümumiyyətlə hesab edirəm ki, bu, cinayətdir. Biz valideynləri tərəfindən atılmış uşaqların sayına görə dünyada 1-ci yeri tuturuq. Bütün bu rəqəmlər bizdə ailə dəyərlərinin eroziyaya uğraması, dağılması deməkdir… Uşaqlara qarşı cinayətlər Rusiya Federasiyasının İstintaq komitəsinin məlumatına görə 2010-cu il ərzində 100 min həddi-buluğa çatmamış uçaq cinayət qurbanı olublar, — onlardan 1700 uşaq zorlanmış və öldürülmüşdür (bu rəqəmlər üzrə biz hətta Cənubi Afrikanı qabaqlayırıq). Bu, o deməkdir ki, hər gün Rusiyada 4-5 uşaq öldürürlər. 2010-cu ildə Rusiyada həddi-buluğa çatmamış uşaqlara qarşı 9500 seksual cinayət edilmiş — onlardan 2600-ü zorlama, 3600-ü qeyri-zorakı cinsi əlaqə (8 il ərzində seksual cinayət 20 dəfə artıb).Bu cinayətlər üzrə bizi yalnız Cənub Afrika qabaqlayır. Narkomaniya və Alkoqolizm 30 min rusiyalı hər il narkotik həddən artıq böyük dozada istifadəyə görə (kiçik şəhərcik əhalisi) məhv olurlar. Araqdan ildə 70 000 insan həlak olur. Müharibə zamanı Əfqanıstanda bizim 14 000 əsgərimiz həlak olmuşdur! Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə bir ildə Rusiya Federasiyasının bir vətəndaşına 15 litr təmiz spirt düşür, bununla belə, əgər təmiz alkoqolun istehlakı adambaşına 8 litrdən çoxdursa, onda bu, millətin sağ qalmasına təhdiddir. Korrupsiya Rusiyada rüşvətin ölçüsü on dəfə artıb, məhkəmələr isə dünya biznes-cəmiyyətinin gülüş mənbəyinə çevrilib. Hüquqi sferada cəzasızlıq o həddə çatdı ki, həbsxanada həlak olmuş hüquqşünas Maqnitskiyə qarşı cinayət işi qaldırılmışdır, — yəni, təbii olaraq özünü qoruya bilməyən ölü insanı mühakimə etməyə qərar verdilər! Avropada belə hadisə axırıncı dəfə XVII əsrdə olub, o vaxt Kromvel qəbirdən çıxarılmış və dar ağacından asılmışdır - necə deyərlər, ədalət naminə! Ona görə də göstərilən rəqəmləri nəzərə alaraq milli əxlaqın tənəzzülü haqqında cəsarətlə danışmaq olar - və nəticə etibarilə, bunun üçün məsuliyyəti bizim hakimiyyətimiz daşıyır. Siz bilirsinizmi ki: Sibirdə son 10 il ərzində 11.000 kənd və 290 şəhər yox olub. Sibir və Uzaq Şərqin orta sıxlığı — 1 kv. km-ə 2 insan düşür. Rusiyanın Mərkəzi hissəsinin orta sıxlığı — 1 kv. km-ə 46 insan düşür. Çinin orta əhali sıxlığı — 1 kv. km-ə 140 insan düşür. Yaponiyanın orta əhali sıxlığı — 1 kv. km-ə 338 insan düşür. Sibir və Kurili biz kimin üçün fəth etdik, kimin üçün inkişaf etdirirdik? Çinlilər və ya yaponlar üçün, belə çıxır!   Bu qədər təbii resursları və bu qədər sərvəti olan ölkənin əhalisinin 50%-nin kasıb olması biabırçılıqdır. Bu rəqəmlər məni təmiz çaş-baş salır. Ümid edirəm, elə sizi də. Mən əminəm ki, Putin bütün faktları bilir — maraqlıdır, görəsən o, bu barədə nə düşünür? Nə qədər faciəli olsa da, mən düşünürəm ki, bu, hələ ən pisi deyil, biz hələ "dibə" çatmamışıq və xalq bütün bunlardan dəhşətə gəlib, özü " biz harada yaşayırıq?" sualını verəcək qədər yetişməyib. Biz bloklarda və ayaqyolularda üfunət iylədik! Biz ətrafdakılarımızın öldürülməsinə öyrəşdik. Biz ona öyrəşdik ki, Rusiyada insanlar yaşamaq uğrunda mübarizə aparırlar. Kreml Daxili İşlər Nazirliyinin onlarla generalını, orta ranqlı məmurları, qubernatorları işdən çıxarmaqla yalnız korrupsiya ilə mübarizənin görüntüsünü yaradır. Doğrudanmı hakimiyyət bu yolla korrupsiyaya son qoymağı düşünür? Amma, digər tərəfdən, bütün ölkə üzrə siz yerli hakimiyyətə namizəd seçirsiniz, həmin adamın alnında yazılıb ki, "mən oğruyam" və sonra təəccüblənirsiniz ki, hakimiyyət korrupsiyalaşıb! Nə etməli? Jurnalist Mixail Berq öz bloqunda yazır: "Biz bir ölkədə yaşayırıq, amma bizdə iki xalq var. Kiçik bir kəsim var ki, onlar əhalinin düşünən hissəsidir, onlar böyük azadlıq və dürüst seçkilər istəyirlər, və bütün bunlara qarışmayan Rusiya sakinləri var. Onların arasında sosial etibarsızlıq və qorxu var. Fırıldaqçılar və oğrular partiyası ilə mübarizə aparmaq, məmurları cəzalandırmaq mümkündür, amma rus əhalisinin böyük əksəriyyətinin fundamental xarakteristikasının dəyişməməsi faktını dəyişmək mümkün deyil!..". Mən əminəm: Rusiyaya Böyük Pyotr cəsarətinə malik olan Lider lazımdır, o, insanların çoxdan eşitmədiyi sözləri ona deməlidir.Bu, acı həqiqət olacaq, çünki etiraf etmək çətindir ki, Rusiya irəli hərəkət edə bilmir, çünki öz sivilizasiyalı inkişafında Avropadan nə qədər geri qaldığını anlamaq istəmir. Mən anlayıram ki, millətin lideri, siyasətçidir, siyasi məsuliyyətin böyük yükünü daşıyır və bir qayda olaraq rahat danışa bilmir. Amma bu gün nə qədər acı da olsa, yalnız səmimi, dəqiq, ruhlandırıcı sözlər millətin feodal yuxudan oyanışını təmin edə bilər. Mən bilmirəm, Vladimir Vladimiroviç Putin belə təhlükəli addım ata bilərmi. O, hamının qanun qarşısında bərabərliyini təmin edə bilərmi? İstisnasız olaraq hamının. Əgər təmin edə bilərsə, onda Rusiya Tarixinin panteonunda ən hörmətli yerə layiq olar. Əgər təmin edə bilməzsə, onda bilmirəm...   Mən rusam, öz Vətənimdən ötrü darıxıram, amma mən onu "görmürəm"! Mən fəxr edə biləcəyim ölkəni görmürəm. Mən bir-birindən qorxan, qıcıqlanmış və narazı insanları görürəm! Mən öz Vətənimlə fəxr etmək istəyirəm, amma utanıram! Mən öz Vətənimlə axırıncı dəfə nə vaxt fəxr etmişəm? Xatırlamıram! Amma mən dəqiq bilirəm ki, HƏQİQƏT bizim xalqımızın hansı vəziyyətdə olmasındadır, uca səslə bütün dünyaya car çəkilən HƏQİQƏT nəinki məndə, elə hamıda daha çox fərəh doğurardı, nəinki bizim xokkeyçilərin Olimpiadada qələbə qazanması. Tərcümə: Ramil RahiboğluANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM