Rusiya həkimləri COVİD-19-la mübarizə üçün Azərbaycana gəlir

09:00 | 10.07.2020
Rusiya həkimləri COVİD-19-la mübarizə üçün Azərbaycana gəlir

Rusiya həkimləri COVİD-19-la mübarizə üçün Azərbaycana gəlir

Rusiya Səhiyyə Nazirliyi COVID-19 pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır, bu barədə şöbə müdiri Mixail Muraşko bildirib.

"Hər gün bizə həm metodiki, həm də praktik yardım göstərmək üçün mütəxəssislərimizi göndərməyi xahiş edən bir sıra ölkələrdən müraciət gəlir və biz görüşlərə gedirik. Bu gün mütəxəssislər artıq İtaliyada işləyiblər, Qırğızıstandan qayıdıblar və indi isə Qazaxıstanda işləyirlər. Azərbaycana getmək də planlaşdırılır. Əlbəttə ki, xüsusən yaxın dostlarımıza, sözsüz hərtərəfli kömək edirik", - o "Rossiya 24" telekanalının efirində deyib.

İyunun 30-da Rusiya və Qazaxıstan baş nazirləri Mixail Mişustin və Askar Mamin arasında telefon danışığı baş tutub. Qazaxıstan hökumətinin mətbuat xidməti bildirib ki, Rusiya tərəfi dərman və test sistemləri ilə koronavirusla mübarizədə humanitar yardım göstərməyə, infeksion xəstəliklər xəstəxanalarını və virusoloji laboratoriyalarını yerləşdirmək üçün mütəxəssis göndərməyə hazırdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti