Rusiya İranda Rəşt-Astara yolunun tikintisinə 1,3 milyard avro kredit ayıracaq

15:08 | 17.05.2023
Rusiya İranda Rəşt-Astara yolunun tikintisinə 1,3 milyard avro kredit ayıracaq

Rusiya İranda Rəşt-Astara yolunun tikintisinə 1,3 milyard avro kredit ayıracaq

Moskva Rəşt-Astara yolunun dəmir yolu hissəsinin tikintisi layihəsinin həyata keçirilməsinə (Rusiya, Azərbaycan və İranın mövcud dəmir yollarını birləşdirəcək) 1,3 milyard avro kredit verəcək. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Bu layihənin həyata keçirilməsi üçün 1,3 milyard avro dövlətlərarası kredit ayrılıb. Eyni zamanda, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir", - Novak qeyd edib. 

Novakın sözlərinə görə, bu dövlətlərarası kreditdə Rusiya 85% paya malikdir. Pul "layihənin geri qaytarılma müddəti ərzində" qaytarılmalıdır.

Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolu hissəsinin birgə tikintisinə dair saziş mayın 17-də Tehranda Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş tərəfindən imzalanıb. İmzalanma mərasimində Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə, İran prezidenti İbrahim Rəisi isə şəxsən iştirak ediblər.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək lazımdır ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Güman edilir ki, Rəşt - Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM