Rusiya istənilən an sərhədi keçib Ukraynaya qarşı birbaşa hərbi təcavüzə başlaya bilər.
"Yeni Müsavat"-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın birbaşa hərbi müdaxiləsinə hər an gözləyir.
“Biz başa düşürük ki, bilavasitə Rusiya hərbi qüvvələri hərəkətə gələ bilər. Biz onu da başa düşürük ki, bu, istənilən an, istənilən gecə baş verə bilər. Ancaq bu, bizim üçün öz torpaqlarımızı, ərazilərimizi və insanlarımızı ölkənin şərqində fəaliyyət göstərən rusiyalı silahlılardan və rusiyalı soyğunçulardan qorumaqda çəkindirici faktor olmamalıdır”, - deyə o qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !