Rusiya KTMT-ə Rursk vilayətindəki vəziyyətlə bağlı müraciət etməyib.

15:38 | 16.08.2024
Rusiya KTMT-ə Rursk vilayətindəki vəziyyətlə bağlı müraciət etməyib.

Rusiya KTMT-ə Rursk vilayətindəki vəziyyətlə bağlı müraciət etməyib.

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Kursk vilayətindəki vəziyyətlə bağlı hərbi yardım üçün müraciət etməyib. Bu barədə KTMT-nin mətbuat xidməti  məlumat yayıb. 

"Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir... Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik", -  təşkilat bildirib.

KTMT əlavə edib ki, hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti olacağı təqdirdə yarana bilər. Rusiyadan belə bir müraciət olmayıb.
 
Rusiya artıq iki idir ki, Ukraynaya hücum edib. Bu aydan etibarən Ukrayna Silahlı qüvvələri Rusiya ərazisi sayılan Kurs vilayəti  istiqamətində irəliləməyə başlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası  15 may 1992-ci il tarixində qoyulub.  Bu hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıb.
 
Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzalayıb. 
 
Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəlib.
 
2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub.
 
Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti