Rusiya mətbuatında günün FOTOSU - Gəncəyə raket atılsa da bayrağı qoruyan gənc

Rusiyanın tanınmış "Dojd” media orqanı günün fotosunu Ermənistanın Gəncəyə raket hücumu vaxtı Azərbaycan bayrağını qoruyan gəncin fotosunu seçib.
Anews.az xəbər verir ki, bəhs edilən fotonun müəllifi "TASS”ın fotoqrafı Valeri Şarifulindir. Fotoda gəncin raket atılan bölgədə bütün təhlükələrə baxmayaraq Azərbaycan bayrağını sinəsinə sıxıb qoruduğu görülür.
Qeyd edək ki, Ermənistan dünən Azərbaycanın Gəncə şəhərini atəşə tutub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, çox sayda insan isə yaralanıb. Bir neçə tarixi tikiliyə ziyan dəyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 