Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb

09:09 | 07.03.2022
Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb

Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.
Bu barədə  yarışın rəsmi saytı xəbər verir.
 
Qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.
 
Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.
 
Fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM