Rusiya mətbuatının məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin 2-3 oktyabr tarixlərində Bakıda səfərdə olub.
"Rusiya və Azərbaycan Qərb xüsusi xidmət orqanlarının hər iki ölkədə daxili vəziyyəti pozmaq cəhdlərinə qarşı mübarizəyə xüsusi əhəmiyyət verirlər," - o bildirib.
"Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan tərəfi ilə peşəkar danışıqlar aparılır. Dünən Azərbaycan Prezidenti İlham Əliyev məni qəbul etdi. Görüşdə ölkələrimiz arasında geniş əməkdaşlıq spektri və beynəlxalq gündəmlə bağlı bir sıra məsələləri müzakirə etdik. Xoşbəxtliklə qeyd etmək istəyirəm ki, bizi Azərbaycanda həmişə olduğu kimi əsl dostlar kimi qarşıladılar. Burada özümüzü evdəki kimi hiss edirik. Bununla bağlı Azərbaycan rəhbərliyinə və bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm," - Narışkin əlavə edib.
O, həmçinin "bir sıra Qərb ölkələrinin və ATƏT-in Azərbaycanın parlament seçkilərini gözdən salmaq və onların nəticələrini şübhə altına almaq cəhdlərinə görə təəssüfünü" ifadə edib.
Narışkin qeyd edib ki, "yüksək ehtimalla Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində də bu cür addımlar təkrarlanacaq."
XKX rəhbəri əlavə edib ki, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları yaxınlarda "Rusiyanın bir diplomatına qarşı amerikalılar tərəfindən təxribatçı təhdidi" dəf ediblər.
O, əlavə detalları açıqlamayıb.
N.Təbrizli
www.anews.az