Rusiyada azərbaycanlılar çinlini qarət etdi

20:44 | 20.02.2018
Rusiyada azərbaycanlılar çinlini qarət etdi

Rusiyada azərbaycanlılar çinlini qarət etdi

Fevralın 19-da, Sankt-Peterburqda Azərbaycan əsilli cinayətkarlar Çin vətəndaşını qarət etməyə çalışıb.

Anews.az xəbər verir ki, bu barədə "Moyka- 78” məlumat yayılıb

Məlumata görə, insident 08:30 radələrində baş verib. "Ploşad Vosstaniya-2” metrostansiyasının vestibülündə üç azərbaycanlıdan ibarət cinayətkar dəstə Çindən olan xarici turistin içində "Canon” fotoaparatı və obyektivi olan çantanı oğurlayıb. Qarət olunan texnikanın qiyməti 30 min rubla yaxındır.

Oğrular məsuliyyətdən qaça bilməyib. Polis əməkdaşları oğruları elə hadisə yerində – metropolitendə saxlayıb. Oğurlanmış fotoaparat sahibinə qaytarılıb.

Cinayətkar dəstənin azərbaycanlı üzvlərinə qarşı qarət maddəsi ilə cinayət işi açılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM