Rusiyada azərbaycanlını belə döyüb öldürdülər - VİDEO

13:00 | 25.06.2014
Rusiyada azərbaycanlını belə döyüb öldürdülər - VİDEO

Rusiyada azərbaycanlını belə döyüb öldürdülər - VİDEO

34 yaşlı kişiyə hücum anbaan kameraya düşüb

Rusiyada azərbaycanlı gənc öldürülüb. ANS PRESS-in məlumatına görə, hadisə Moskvada baş verib. 6 skinhed küçənin ortasında Z.A adlı 34 yaşlı azərbaycanlıya hücum edib. 34 yaşlı kişi döyülərək öldürülüb. 

Hücum anı təhlükəsizlik kamerasına düşüb. 

Hadisə gündüz saatlarında hər kəsin gözü qarşısında baş verib. Təpik, sillələrlə azərbaycanlını vəhşicəsinə döyənlər daha sonra hadisə yerindən qaçıblar. Ətrafdakılar baş verənləri soyuqqanlıqla izləyiblər. 

Xəstəxanaya çatdılan şəxsi isə xilas etmək mümkün olmayıb. 

Faktla bağlı 3 nəfər saxlanılıb. Digər 3 skinhedin saxlanması üçün əməliyyat başlayıb. 

Polisin məlumatına görə, hücumcular narkotik satanlarla mübarizə aparan qanunsuz qruplaşmanın üzvü olublar. Onlar azərbaycanlı kişinin də narkotik maddə satdığını düşündükləri üçün ona hücum ediblər. 

ANN.Az

Rusya’da dazlaklar sokak ortasında Azeri genci... by apocank
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM