• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Rusiyada böhran başladı: 1 milyona yaxın məmur işdən çıxarılacaq

Rusiyada böhran başladı: 1 milyona yaxın məmur işdən çıxarılacaq
29.05.2020 04:24
Rusiyada iqtisadi böhranın təsirləri ilə bağlı şok rəqəmlər açıqlandı. "Rusiya maraqlı proseslər gedir, Putin hakimiyyəti ön görə bilmədiyi hadisələrlə üzbəüz qalıb, çıxış yolu kimi isə cəmiyyətə basqını və maliyyə yükünü artırmaqda görürlər".Bizimyol.info xəbər verir ki, bunları iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Rusiyadakı hazırkı durumu şərh edən ekspert maraqlı məqamlara toxunub: "Kreml getdikcə daha çox xalqın maraqlarına toxunan addımlar atmaq məcburiyyətində qalacaq, çünki iqtisadiyyat çökür, gəlirlər azalır, rubl dəyərdən düşür deyə inflyasiya artır, qiymətlər yüksəlir. Son addımlar onu göstərir ki, Kreml vəziyyəti düzgün analiz edə bilmir, reallıq hissini itirir.Son günlərin qərarları:1) Kreml 4 milyona yaxın dövlət və hökumətə çalışan məmurların (orta və kiçik) xaricə çıxışına məhdudiyyətlər qoymağa, xarici pasportlarını əllərindən almağa hazırlaşır. Məqsəd aydındır, batan gəmidən ilk olaraq məmurlar qaçmağa çalışacaqlar;2) Dünyada neftin qiymətinin sürətlə düşməsinə, Rusiyanın isə ən iri neft dövlətlərindən biri olmasına baxmayaraq, azalan büdcə gəlirlərinin bir hissəsini xalqın cibindən çıxartmağı düşünən Kreml, yanvarın 1-dən benzinin qiymətini 14-15% artırmağa qərar verib; 3) Dövlət və hökumət aparatının azaldılması qərarı da qəbul olunub, təqribən, 1 milyona yaxın insan ixtisara düşəcək, bundan əlavə, Rusiyaya tədbiq edilən ciddi sanksiyalar nəticəsində biznes ziyan görür, məcburən kiçilir, ona görə də biznes sahələrində də ixtisarlar artacaq. Tək maşınqayırma sahəsində 250 min insann işsiz qalacağı proqnozlaşdırılır. Bank sferasında da ciddi ixtisarlar olacaq, minlərlə insan işsiz qalacaq.Dəfərlərlə qeyd etdiyim kimi, Rusiya kimi ölkələrdə aşağıdan yuxarıya siyasi loyallıq ideoloji olmur, maraqlar üzərində qurulur, pulla alınır, korrupsiya ilə ayaqda durur. İnsanların güzəranı pisləşdikcə, gəlirləri azaldıqca siyasi loyallıqları da azalacaq.Bunun sübutu kimi, dünən Moskvada və Rusiyanın digər şəhərlərində “rus millətçilərinin” yürüşləri olub. Krımın ilhaqından sonra bu il daha çox insanın bu yürüşlərdə iştirak etməsini gözləsələr də, bütün administrativ resurslara baxmayaraq, gözləniləndən az insan bu aksiyaya qatılıb.Deməli, cəmiyyət ayılmağa başlayıb, Kreml belə davam etsə, Putin reallığı görməsə, sanksiyalar daha da güclənsə, yaz-yay aylarında biz Rusiyada “Maydan” hərəkatının başlanmasının şahidi olacağıq və Ukraynada olduğu kimi, “Rus Maydanının” da sponsorları elə oliqarxlar, bu gün hələ ki, Putinin yanındakılar olacaq..." ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol