Rusiyada daha bir azərbaycanlı vəhşicəsinə döyüldü

12:57 | 28.11.2013
Rusiyada daha bir azərbaycanlı vəhşicəsinə döyüldü

Rusiyada daha bir azərbaycanlı vəhşicəsinə döyüldü

Bu gün İnternetdə Rusiyanın Perm şəhərinin Mərkəzi bazarının qarşısında yerləşən “Nadejda” kafesindəki davanı əks etdirən videogörüntülər yayımlanıb.

Oxu.Az t7-inform.ru-a istinadən xəbər verir ki, hər şey ötən bazar günü baş verib.

Şahidlərin sözlərinə görə, iyirmiyədək kişi burada dava törədiblər və azərbaycanlını döyüblər. Hadisə yerinə gələn polislər hətta odlu silahdan atəş açmalı olublar.Kadrlar o qədər də aydın olmasa da, fiziki cəhətdən güclü, əllərində dəyənək, elektroşoker olan bir neçə kişinin kafeyə daxil olaraq, orada dava etmələri görünür.Azsaylı ziyarətçilər tez kafeni tərk edirlər. Yekunda azərbaycanlının qolunda üç sınıq sayıblar. Hazırda o, polisə ərizə yazıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb