Rusiyada İngiltərədən baş hakim olmayacaq – SİYAHI

16:15 | 30.03.2018
Rusiyada İngiltərədən baş hakim olmayacaq – SİYAHI

Rusiyada İngiltərədən baş hakim olmayacaq – SİYAHI

FIFA yayda Rusiyada keçiriləcək dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Anews.az xəbər verir ki, mundialın matçları 46 ölkədən 36 FIFA referisi, 63 köməkçi hakimə həvalə edilib.

Oyunları idarə edəcək hakimlərin siyahısını təqdim edirik:

Cüneyt Çakır (Türkiyə), Fahad Əl Mirdasi (Səudiyyə Ərəbistanı), Xoel Aqilar (Salvador), Metyu Konqer (Yeni Zelandiya), Əlirza Faqani (İran), Mark Qeyqer (ABŞ), Norbert Hauata (Taiti), Rövşən İrmatov (Özbəkistan), Ceyr Marufo (ABD), Məhəmməd Abdulla Məhəmməd (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuci Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sesar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byörn Köypers (Hollandiya), Mehdi Abid Şərif (Əlcəzair), Xulio Baskunan (Çili), Şimon Martsinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Miqel Mateu Laos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunya (Uruqvay), Milorad Majiç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiopiya), Vilmar Roldan (Kolumbiya), Kleman Türpen (Fransa).

Qeyd edək ki, İngiltərə baş hakimlə təmsil olunmayacaq. Buna səbəb hər iki ölkə arasında son günlər yaranmış siyasi qalmaqaldır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM