• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Priqojin və “Vaqner”in komandiri Utkin ölüb – KİV - Yenilənib

Priqojin və “Vaqner”in komandiri Utkin ölüb – KİV - Yenilənib
23.08.2023 22:40
 
Teleqram kanallarının məlumatına görə, Zaporojye vilayətinin rəsmisi Vladimir Roqov bildirib ki, o, "Vaqner” PMC-nin nümayəndələri ilə danışıb.

Onun sözlərinə görə, ona Priqojinin və "Vaqner" PMC-nin komandiri Dmitri Utkinin ölümünü təsdiqləyiblər.

 21:19

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
 
"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - məlumatda vurğulanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfərin hamısı ölüb.

Qeyd olunub ki, "Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

21:01

Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

Bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.


 
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib.
 
Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub ,qəzadan əvvəl və sonra partlayış olub.

  
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər
Dünya 23:18
Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər
BMT Rusiya əleyhinə qətnamə qəbul edib
Dünya 21:22
BMT Rusiya əleyhinə qətnamə qəbul edib
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Dünya 19:53
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq
Dünya 18:39
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq
Tramp Makronu Ağ Evin girişində qarşılamayıb - Video
Dünya 18:26
Tramp Makronu Ağ Evin girişində qarşılamayıb - Video
Tramp Ukraynaya yardım göndərən Yunanıstandakı ABŞ hərbi bazasını bağlayacaq
Dünya 17:33
Tramp Ukraynaya yardım göndərən Yunanıstandakı ABŞ hərbi bazasını bağlayacaq
İspaniya Ukraynaya hərbi yardım edəcək
Dünya 16:41
İspaniya Ukraynaya hərbi yardım edəcək
Ermənistanda bir gündə mindən çox avtomobil qəzası baş verib
Dünya 16:37
Ermənistanda bir gündə mindən çox avtomobil qəzası baş verib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol