• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub

Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub
29.05.2020 05:46

 2013-cü il başlayandan bu günə kimi Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub.Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2013-cü ilin yanvarın 1-dən dekabrın 5-nə kimi 160 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 21 Azərbaycan vətəndaşı isə yerli FMX orqanının rəhbərinin qərarı ilə Rusiyadan deportasiya olunub. FMX-dən bildirilib ki, bu ilin sentyabr, oktyabr və noyabr aylarında 36 nəfər Azərbaycan vətəndaşı Rusiya Federasiyasının ərazisindən çıxarılıb: “2013-cü il sentyabrın 1-dən noyabrın 30-dək olan müddətdə 33 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 3 nəfər isə yerli FMX orqanları rəhbərinin qərarı ilə Rusiyadan çıxarılıb”. Qeyd edək ki, Rusiya FMX və Daxili İşlər Nazirliyi 2013-cü ilin yay aylarından başlayaraq paytaxt Moskva və digər regionlarda miqrantlara qarşı “təmizləmə” əməliyyatı keçirib. Xüsusi təyinatlı polisin - OMON-un keçirdiyi əməliyyatlar nəticəsində bazarlarda fəaliyyət göstərən miqrantlar saxlanılaraq polis bölmələrinə aparılıb. Bu ilin oktyabr ayında isə Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinməsi Azərbaycandan olan miqrantlara qarşı təzyiqlərin artmasına səbəb olub. Belə ki, bu hadisədən sonra polisi azərbaycanlılara məxsus bazarlarda müntəzəm reydlər keçirib. Nəticədə azərbaycanlıların sahibi olduğu bir neçə bazarın fəaliyyəti dayandırılıb.         ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Albaniyada parlament seçkiləri keçirilir
Dünya 10:41
Albaniyada parlament seçkiləri keçirilir
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Dünya 08:47
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Dünya 22:30
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Bu ölkədə şahmat qadağan edilib
Dünya 21:55
Bu ölkədə şahmat qadağan edilib
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Dünya 18:49
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Dünya 17:35
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Pakistanın Baş naziri təcili iclas çağırıb
Dünya 10:57
Pakistanın Baş naziri təcili iclas çağırıb
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Dünya 09:12
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol