Rusiyadan şok: “Dnesteryanı bizim olacaq” – Rəsmi

11:30 | 20.08.2014
Rusiyadan şok: “Dnesteryanı bizim olacaq” – Rəsmi

Rusiyadan şok: “Dnesteryanı bizim olacaq” – Rəsmi

“Dnesteryanı Rusiya Federasiyasının subyekti olacaq”.

 

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin Krım və Sevastopoldakı nümayəndəsi Oleq Belavençev çıxış edib.

 

O iştirak etdiyi Tavrida Beynəlxalq Gənclik Forumunda Natalya adında iştirakçı qızın “Dnesteryanının Rusiya qatılacağı deyilir” sualını cavablandırarkən bu prosesin gec-tez reallaşacağını bildirib:

 

“İnanın, biz sizin situasiyanı bölüşürük və sizi başa düşürük. Mən əminəm ki, sonda siz Rusiyanın olacaqsınız. Əminəm. Biz deyə bilmərik ki, bu, indi baş verəcək. Bu, sadəcə, zaman məsələsidir”.

 

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın əsas məqsədinin Ukraynanın cənub vilayətləri vasitəsilə Dnesteryanı arasında koridor yaratmaq olduğunu bildirmişdi. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM