Rusiyalı reper İstanbulda "Müharibəyə YOX!" dedi

00:05 | 16.03.2022
Rusiyalı reper İstanbulda

Rusiyalı reper İstanbulda "Müharibəyə YOX!" dedi

Martın 15-də yüzlərlə rusiyalı, ölkəsinin Ukraynaya təcavüzünə qarşı cəsarətli açıqlamaları çoxlarını  şoka salan məşhur rus reperi  Oxxxymironu görmək üçün İstanbul klubunun qarşısında növbəyə düzülüb.

37 yaşlı musiqiçi Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən Moskva və Sankt-Peterburqdakı konsertlərini təxirə salıb. O, Rusiyanın Ukraynaya qarşı hərəkətini  "fəlakət və cinayət” adlandırıb. 

Daha sonra reper "Ruslar Müharibəyə Qarşı" silsilə xeyriyyə konsertləri keçirəcəyini elan etdi və bu konsertlərdən əldə etdiyi gəliri Polşa sərhədinə doğru qaçan ukraynalı qaçqınlara kömək üçün yaradılan hesaba köçürəcəyini bildirib. 

Oxxxymiron müharibə əleyhinə kampaniya çərşivəsində ilk konsertini İstanbulda təşkil edəcəyini elan edərkən bildirib ki, "hazırda Rusiyada müharibə əleyhinə konsert vermək mümkün deyil, çünki nə qədər bayağı səslənsə də müharibə əleyhinə olan hər şey qadağandır. Total senzura tətbiq olunur”.

Martın 15-də Oxxxymironun şousuna baxmaq üçün  satılan  biletlər tez qurtardığından bir çox insan İstanbulun Kadıköy rayonunda geyim mağazası ilə bərbərbərxana yerləşən tikilidə ikinci əl satılan biletləri almağa cəhd edib. 

Onun ifası həmçinin sosial media hesablarında və YouTube-da canlı yayımlanıb. 40.000-dən çox insan onu sosial şəbəkədə və YouTube-da izləyib. 

Rusiyada anadan olan, lakin bir ildən artıqdır ki, Türkiyədə yaşayan Antonina Ziqanşina  bildirib ki, "bu nadir haldır. Reper çox cəsarətlidir. Çünki Rusiyada danışmaq qorxuludur".

Tamaşaçılar adamla dolu salona girməzdən öncə rusca "Müharibəyə yox!" şüarını səsləndiriblər.  

"Mən yarı rus olduğum üçün indi baş verənlərə qarşı olan insanları görməkdən qürur duyuram", - yanağında sarı və mavi Ukrayna bayrağı çəkilmiş miliyətcə yarı ukraynalı, yarı rus olan  Katerina Orkan bildirib. 

"Mən şadam ki, qardaş xalq  üçün bu dəhşətli anlarda susmayan çoxlu parlaq insan var."

Oxxxymironun cəsarətli mövqeyinə və gözl ifasına görə tamaşaçıların ürəyini fəth etdi. 

"Mən Oxxxymirona tez-tez qulaq asmıram. Bu, bəyəndiyim musiqi növü deyil, amma onun siyasi mövqeyinə hörmət edirəm", - əlində müharibə əleyhinə plakat tutan Moskva vilayətindən olan Evgeni söyləyib. 

Moskvalı Filipp Çexunova isə bildirib ki, reper digər Rusiya ictimai xadimlərindən fərqləndiyinə görə hörmətə layiqdir.

"Müharibə əleyhinə belə bəyanatlar verən rusiyalı məşhurlar azdır”, - keçən ay Rusiyanı tərk edən Çexunov deyib.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM