• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Rusiyanın Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı Qərbə cavabı

Rusiyanın Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı Qərbə cavabı
27.03.2023 15:44
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını dəyişməyəcək. Bunu gazeta.ru Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb. 
 
"Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin mənfi reaksiyasından sonra Belarusiya ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. Qərbn reaksiyası Rusiyanın planlarını dəyişə bilməz. Hər şey prezident tərəfindən izah edildi. Əlavə ediləcək heç nə yoxdur”, – Peskov bildirib. 

Martın 25-i Rusiya prezidenti Vladimir Putin  2023-cü il  iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbar tikintisinin başa çatacağını bəyan edib.
 
Rusiya lideri qeyd edib ki, Belarus prezidenti öz ölkəsində Rusiya Federasiyasının taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini çoxdan qaldırıb.
 
Putinin sözlərinə görə, artıq Belarusda taktiki nüvə silahı və "İsgəndər” raket sistemi daşıya bilən 10 təyyarə yerləşdirilib.
 
NATO Rusiyanın nüvə ritorikasını "təhlükəli və məsuliyyətsiz” adlandırıb. Fransa Xarici İşlər Nazirliyi Rusiyanı Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı qərarına yenidən gözdən keçirməyə çağırıb.

Litvanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarı ilə bağlı Rusiya və Belarusa qarşı yeni sanksiyaların tətbiqinin tərəfdarıdır.

Martın 26-da "Ağ Ev"in strateji kommunikasiyalar üzrə nümayəndəsi  Con Kirbi bildirib ki, ABŞ Belarusda Rusiya nüvə silahlarının yerləşdirilməsinin əlamətlərini görmür.
 
Zinyət Mehtiyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol