Rusiyada fəaliyyət göstərən "gismeteo.ru” saytı beynəlxalq hava haqqında proqnozlar barədə məlumat yayır.
Sayt Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərin qoyduğu adlarlarla təqdim edib. "Qarabağən Azərbaycanlı İcması”nın İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az saytına bu problemlə bağlı fikirlərini bölüşüb.
O, bunu beynəlxalq qanunlara və hüquqa zidd olan bir hərəkət kimi qiymətləndirib:
"Təəssüflər olsun ki, Ermənistan işğalçı siyasətini həyata keçirir və havadarları ona bu şəraiti yaradır. Əgər belə bir hal baş verirsə, dərhal müraciət etmək və bu problemi aradan qaldırmaq lazımdır. İşğal altında olan torpaqları işğalda saxlaya-saxlaya nəinki onların adlarını, hətta Azərbaycana aid olan mədəni və tarixi abidələrin hamısını ya dağıdıblar, ya da özəlləşdiriblər. Ermənistanın lobbisinin və havadalarının maliyyəsi ilə siyasi hərəkətlər edənlərin apardığı fəaliyyət nəticəsində Azərbaycana qarşı bu cür xoşagəlməz hərəkətləri həyata keçirirlər.
Əgər onlar normal düşüncə sahibi olsalar, konstriktiv mövqeyə yaxınlaşarlar. Həm Rusiya, həm Amerika, həm Fransa, həm də digər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və işğal edildiyini təsdiqləyirlər. Ermənistan isə bu məslələrə baxmayaraq öz çirkin əməllərini həyata keçirir. Azərbaycan bölgədə o dövlətdir ki, sülhün tərəfdarıdır. Amma Ermənistan terroru, seperatçılığı, məkrli siyasəti həyata keçirir.
Təəssüf hissi ilə qeyd edirəm ki, düşünə bilən insanlar bu cür hallara yol verirlər. Bu sayt Rusyaya aiddir. Rusiyanın Azərbaycana qarşı belə provatik hərəkəti ilk dəfə deyil. Onlar bu barədə düşünməli və belə yanlış yanaşmaya son qoymalıdırlar”.
Rövşən Rzayev Rusiyanın ikitərəfli mövqedə ola bilməməsi qənaitindədir: "Çünki müstəqil dövlətlərarası münasibətlər beynəlxalq hüquqla tənzimlənir.
Əgər Rusiya işğal altında olan torpaqların Azərbaycana məxsusluğunu qəbul edirsə, deməli, burda ikinci tərəfə yer ola bilməz. Əgər varsa, deməli, burda maraqlar var.
Dağlıq Qarabağ Azərbaycan bölgəsidir. Üstəlik, Dağlıq Qarabağa aidiyyəti olmayan 7 rayon işğal altındadır. Bu rayonların da adın dəyişirlərsə, bu, o deməkdir ki, normal düşüncədən və beynəlxalq hüquqdan tamamilə kənardırlar. Onların bunu düşünməyə ixtiyarları yoxdur. Bu birbaşa işğalçı faktorun, apardığı siyasətin bir hissəsidir”.
R.Rzayev məsələnin tezliklə çözümü üçün müvafiq instansiyalara müraciət edəcəklərini deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !