Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO - VİDEO

18:21 | 17.08.2020
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO - VİDEO

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO - VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri, "SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. 

Müdafiə Nazirliyindən Anews.az-a  verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.
 

 








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM