Tacikistan vətəndaşlarına ölkədaxili istifadə üçün nəzərdə tutulan şəxsiyyət vəsiqələri ilə Rusiyaya daxil olmasına qadağa qoyulub.
APA-nın məlumatına görə, müvafiq fərmanı Rusiya baş naziri Dmitri Medvedev imzalayıb.
Bundan sonra taciklər Rusiya ərazisinə xarici, xidməti və ya diplomatik pasportlarla daxil ola biləcəklər.
Qeyd edək ki, bu vaxtadək Tacikistan vətəndaşları Rusiyaya şəxsiyyət vəsiqəsi yaxud də doğum haqqında şəhadətnamə (16 yaşa çatmayanlar) ilə daxil ola bilirdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !