Rza Zərrabın “rəisi” danışdı

00:39 | 25.12.2013
Rza Zərrabın “rəisi” danışdı

Rza Zərrabın “rəisi” danışdı

“Türkiyədə gündəmdə olan istintaqda adı keçən kəslər içində Rza Zərrab xaricində tanış olduğum hər hansı bir kimsə də yoxdur"

Türkiyədə həbs edilmiş azərbaycanı iş adamı Rza Zərrabın rəisi olduğu iddia edilən iranlı iş adamı Babək Zəncani Türkiyə mətbuaında haqqında yazılanlarla bağlı açıqlama verib. 

ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, Zəncani öz açıqlamasında deyib: "Türkiyə mətbuatında haqqımda çıxan və məna verməkdə çətinlik çəkdiyim xəbərləri şərh etməyə ehtiyac duyuram. Ticarət fəaliyyətlərimin heç birində ən kiçik bir qeyri-qanuni davranış olmayıb. Qaynağı əsla gizlədilə bilməyəcək həcmdə olan ticarət fəaliyyətlərinin ilə əlaqədar olaraq İran vətəndaşlarına tətbiq olunan bir sıra məhdudiyyətlər xaricində haqqımda hər hansı bir istintaq və məhdudiyyət da yoxdur”.

Babək Zəncani Rza Zərrab ilə həyatda cəmi bir neçə dəfə görüşdüyünü bildirib: “Türkiyədə gündəmdə olan istintaqda adı keçən kəslər içində iranlı olması səbəbiylə tanış olduğum Rza Zərrab xaricində tanış olduğum hər hansı bir kimsə də yoxdur. Onunla da həyatımda bir neçə dəfə görüşdüm. Heç bir şəkildə icra etməkdə olduqları ticari fəaliyyətlərin içində də deyiləm, etdikləri işlərdən məlumat sahibi də deyiləm. İş yerlərinin harada olduğunu da bilmirəm. Qeyri-qanuni işlərə qarışmışlarsa da öz məsuliyyətlərindədir. Onlar haqqındakı heç bir əməliyyat və iddia ilə əlaqədar olmaq istəmirəm”.

O, Rza Zərrab ilə Antaliyada görüşəcəkləri barədə yayılan xəbərlərin tamamilə yalandır: “Təxminən altı ayddır İran xaricinə çıxmamışam. Hələ də Tehrandayam. Rza Zərrab ilə Antaliyada görüşəcəyim barədə xəbərlər tamamilə yalandır. Mən tanınan bir şəxsəm. Qeyri-qanuni üsullarla səyahət etməyim və ya saxta sənədlərdən istifadə etməyim mümkün deyil”. 

Onun sözlərinə görə, təyyarə ilə qızıl ticarəti tamamilə qanuni zəminə reallaşıb: “Xəbərlərdə sözü keçən təyyarə qızıl ticarəti tamamilə qanuni zəmində reallaşmışdır. Qanunlara uyğun olaraq Qanadan 1500 kq qızıl satın aldım. Bunun 500 kq-lıq qisimini Türkiyəyə satmağı, qalanını isə Dubaya satmağı planlaşdırırdı. Atatürk hava limanında qızılın qaynağı ilə əlaqədar sənədlərin tələb edilməsi üzərinə bu sənədlərin Qanadan gətirilməsi üçün bir müddət təyyarə hava limanında qalıb. Sənədlərin gəlməsi üzərinə təyyarə Türkiyədən ayrılıb. Mövzu Türkiyə orqanları tərəfindən bütün istiqamətləriylə və dəfələrlə araşdırılıb, haqqımda bir ittiham tətbiq edilməyib”.

O sonda bildirib ki, Rza Zərrabın müdiri deyil: “Rza Zərrabın müdiri deyiləm. Aramızdakı iş əlaqəsi ümumi ticarət həcmi mində birindən belə daha azdır. Bunların da hamısı şəkilidir”. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti