• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Rza Zərrabınin iranlı iş ortağı Babək Zəncanidən təzə xəbər

Rza Zərrabınin iranlı iş ortağı Babək Zəncanidən təzə xəbər
01.02.2014 09:57

Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabınin İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin bütün mülkiyyətinə həbs qoyulub.APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Məhkəmə Sisteminin rəis müavini İbrahim Rəisi açıqlama verib. Onun sözlərinə görə, B.Zəncaninin müəyyənləşdirilən mal varlığına həbs qoyularaq prokurorluğun nəzarəti altına alınıb: “Bu iş adamı ilə bağlı mövzu İran Neft Nazirliyinə olan borcu və bunun geri ödənməsi məsələsidir”. İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei isə bildirib ki, B.Zəncaninin ölkə daxilində və xaricində olan əmlakının siyahısını təqdim edib. “Bizim apardığımız ilkin araşdırmada iranlı iş adamının təqdim etdiyi siyahı onun borcunu qarşılaması üçün kifayətdir”. Qeyd edək ki, B. Zəncani dekabrın 30-da həbsə alınıb.  Tanınmış milyarder hazırda Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlanılır. Onun İran Neft Nazirliyinə 2.6 milyard avro borcu olduğu bildirilir. İran Mərkəzi Bankı B.Zəncaninin İran Neft Nazirliyinə borcunu ödədiyini göstərən sənədlərin saxta olduğunu açıqlayıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
Dünya 23:15
Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Dünya 22:36
İsrail nümayəndə heyəti Qətərə səfər edəcək
Hava şarı yandı -Ölən və yaralılar var
Dünya 22:11
Hava şarı yandı -Ölən və yaralılar var
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Dünya 22:05
İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb - İran prezidenti
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Dünya 22:01
Ərdoğan PKK-nin ləğv olunmasını şərh edib
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Dünya 21:54
Tesla işçiləri İlon Maska qarşı üsyan edirlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 21:38
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Dünya 20:56
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Dünya 20:44
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol