Sabah Ordubad və Culfada qaz olmayacaq

17:48 | 24.10.2024
Sabah Ordubad və Culfada qaz olmayacaq

Sabah Ordubad və Culfada qaz olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bütün kəndlərində və Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.

"Report"un yerli bürosu xəbər verir ki, 219 mm magistral xəttdə payız-qış mövsümü ilə əlaqədar təmir işləri görüldüyü üçün Ordubad rayonunun bütün kəndlərində, Culfa rayonunun Gal, Şurud, Dizə və Yaycı kəndlərində qaz təchizatında oktyabrın 25-də saat 09:30-dan saat 15:00 dək müvəqqəti fasilə yaranacaq.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti