Sabah Sumqayıtda 69 500 abonentin qaz təchizatı məhdudlaşdırılacaq. Bu barədə (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazın verilişin dayandırılmasına səbəb Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır.
Bununla əlaqədar olaraq oktyabrın 2-də saat 09:30-dan işlər tamamlanana qədər, qaz xəttinə verilən təbii qaz təchizatının daxildən dayandırılması zamanı, uyğun olaraq Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurddərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33 500 abonent) məhdudiyyətlərin yaranacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !