Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinalı müdafiəçi Boyan Letiç bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Boyan karyerası ərzində Bosniya və Herseqovinanın "Kozara Qradiska” (2011/12), "Velej Mostar” (2012-2014), "Sarayevo” (2019/20), Slovakiyanın "Jilina” (2014-2017), Çexiyanın "Karvina” (2017-2019) və Serbiyanın "Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya "Mirandes”i (2020-2022) olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !