Sabahdan Azərbaycanda qeyri iş günləri başlayır

09:28 | 19.03.2024
Sabahdan Azərbaycanda qeyri iş günləri başlayır

Sabahdan Azərbaycanda qeyri iş günləri başlayır

Martın 20-dən başlayaraq Azərbaycanda  Novruz bayramı ilə əlaqədar 7  qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin qərarı var.

Qərara əsasən, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi  müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. 27 mart rəsmi iş günüdür.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM